From Wikipedia, the free encyclopedia
"Yarasa" — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi.[1]
"Yarasa" Xüsusi Təyinatlı Dəstəsi | |
---|---|
Növü | Xüsusi təyinatlı |
Ölkə | Azərbaycan |
Tabedir | Xarici Kəşfiyyat Xidməti |
Sayı | Gizli saxlanılır |
Müharibələr | 2-ci Qarabağ müharibəsi |
Döyüşlər | Qubadlı döyüşləri |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | Gizli saxlanılır |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.
Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir.[1]
"Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır.[1]
"Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.[1]
Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur.[1]
10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.